ruen

İstehsal

 


"Elita-Mineral Qrupp" mineral, içməli su və alkoqolsuz, sərinləşdirici qazlı içkilərin istehsalında ixtisaslaşmış 4 sənaye kompleksindən ibarət müasir, yüksək texnoloji müəssisədir. Müəssisə Avropanın aparıcı şirkətləri olan "SIG SIMONAZZI", "AMSFerrari" (İtaliya) и "KHS" (Almaniya) müasir avadanlıqları ilə təchiz olunmuşdur. İstehsal kurort şəhəri Jeleznovodskun yaxınlığındakı mənzərəli bir meşədə yerləşir. Beş qablaşdırma xətti mineral, içməli su və alkoqolsuz, sərinləşdirici içkilərin 0,25 litrdən 5 litrədək şüşə və polietilen qablara doldurulmasına imkan verir. Müəssisənin aylıq istehsal gücü 18 mln. litr və ya illik istehsal gücü 200 mln. litrdən çoxdur. Jeleznovodskun 69-cu yatağından mineral sular ətraf mühitlə təmasda olmadan xüsusi boru vasitəsilə birbaşa qablaşdırılır.


    "Elita-Mineral Qrupp" şirkətinin istehsal kompleksləri istehsal prosesinin НАССР (ing. Hazard Analysis and Critical Control Points) prinsiplərinə əsaslanmış Qida Məhsullarının Təhlükəsizliyinin İdarəetmə Sistemi ilə uyğunluq sertifikatına malikdir. "Elita-Mineral Qrupp" şirkətində İSO 9001:2008 müasir keyfiyyət idarəetmə metodları tətbiq edilmiş, həmçinin yerinə yetirilməsi şirkətin əməkdaşları və tərəfdaşları üçün məcburi olan "ELITA - Quality" Keyfiyyətə Nəzarət Proqramı hazırlanmış və tətbiq edilmişdir.

    "ELITA - Quality" Keyfiyyətə Nəzarət Proqramı məhsulun hər istehsal mərhələsində keyfiyyətə nəzarət olunmasına imkan yaradır və nəticədə istehsal olunan mineral su və alkoqolsuz içkilərin yüksək keyfiyyətini və təhlükəsizliyini təmin edir. Alınan xammalın və digər məhsulların keyfiyyətinə ciddi şəkildə nəzarət edilir: təchizatçılarla iş zamanı təşkilatların ümumi qiymətləndirilməsi aparılır (istehsal proseslərinin auditi daxil olmaqla), xammal nümunələrinin standartlara uyğunluğu qiymətləndirilir, keyfiyyət sertifikatları yoxlanılır. Xammalın qiymətləndirilməsi şirkətin laboratoriyalarında aparılır.

    İstehsal prosesinin hər mərhələsində mütəxəssislər məhsulun dadına baxır, fiziki-kimyəvi və mikrobioloji analizini aparır..

Elita-Mineral Qrupp" şirkətinin məhsullarının keyfiyyəti bizim istehlakçılarımızın güvənidir.

 

 
 

"Yessentuki"nin tarixi

hustori essentuki

Mineral suların Yessentuki yatağı ölkəmizdə ən çox tanınan yataqlardan biridir. Qafqaz Mineral Suları regionunun mərkəzi hissəsində yerləşən mineral su yatağının sərhədləri bu günkü gündə, kurort şəhəri olan Yessentukinin sərhədləri ilə üst-üstə düşür.

"Slavyanovskaya" yatağının tarixi

hustori elita

Mineral suların "Slavyanovskaya" yatağının tarixi həmin yatağı kəşf edən dahi rus alimi Nikolay Nikolayeviç Slavyanovun adı ilə sıx bağlıdır. Gələcək alim 1878-ci ildə Vyatka vilayətində Perm silah zavodunun mühəndisi Nikolay Qavriloviç Slavyanovun ailəsində anadan olmuşdur.

"Naqutskaya 26" yatağının tarixi

hustori nagutskaya

Mineral suların Naqutskaya yatağı Stavropol vilayətinin Mineralovodsk və Andropovsk rayonlarının ərazisində yerləşən və balneoloji kurort olan Naqutada yerləşir.

"Elita-Mineral Qrupp" şirkətinin Azərbaycanda rəsmi distribyuteri "Getter Group" MMC rayonlar üzrə distribyuterlərı əməkdaşlığa dəvət edir.

TRADE MARKALARI

Изображение недоступно
Изображение недоступно
Изображение недоступно
Изображение недоступно
Изображение недоступно
Изображение недоступно
Изображение недоступно
Изображение недоступно
Изображение недоступно
Изображение недоступно
Изображение недоступно
Slider